Rotun Ağrı dağından videosuna amerikalı analitikdən reaksiya

Amerikalı siyasi analitik Həmdi Rifahi Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rotun Ermənistanla bağlı paylaşımına cavab verib.

Globalinfo.az xəbər verir ki, Mixael Rot Ermənistana səfərindən video paylaşaraq buranın gözəl olduğunu bildirib və Ağrı dağını Ermənistan ərazisində, Ararat kimi təqdim edib.

Rot səfər çərçivəsində İrəvanda bir sıra rəsmilərlə görüşüb və Almaniyanın onlara dəstək olduğunu bildirib.

H.Rifahi isə Mixael Rotun paylaşımına cavab verərək Almaniyanın Holokostdan dərs çıxarmadığını yazıb:

“Mixael Ermənistanın həyata keçirdiyi etnik təmizləməni dəstəkləyir. Hitler də digər dil və irqləri sürgün etmək kimi bir ideologiyaya sahib idi. Görünür, Almaniya Holokostdan dərs almayıb, indi bu cinayətləri xaricdə də təbliğ edirlər”.

Ayşən Mustafa
Globalinfo.az