1726031417 AliEmreBall scaled e1726089948748

Türkiyə Maliyyə Qurumları Birliyinin sədri Ali Emre Ballının İstanbulda cəsədi aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hadisə Çəkməköy rayonunda qeydə alınıb. 46 yaşlı Ali Emre Ballının boş ərazidə park edilmiş avtomobilin sürücü oturacağında meyiti tapılıb.

Əraziyə gələn qruplar avtomobildə olan şəxsin həyatını itirdiyini müəyyənləşdiriblər. İlkin ehtimala görə, Ballı tapançadan açılan atəş nəticəsində ölüb.

Hadisə ilə əlaqədar istintaq başlanılıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi və hadisənin bütün detallarının araşdırılması istiqamətində genişmiqyaslı araşdırma aparılır.

Qeyd edək ki, Ali Emre Ballı Türkiyə Basketbol Federasiyasının da ehtiyat üzvü olub. Onun adı daha əvvəl fondla bağlı aparılan araşdırmada da hallanıb.

Paylaş: