iStock 1397817779

Türkiyə futbolunda baş verən qalmaqallar fonunda qurumun İcraiyyə Komitəsi təcili toplanmaq barədə qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

İclasın gündəmində quruma növbədənkənar seçkinin keçirilməsi dayanacaq. Sözügedən toplantının cümə günü baş tutacağı qeyd olunub.

Xatırladaq ki, Türkiyə futbolunda bir müddətdir qalmaqallar səngimək bilmir. Xüsusən futbolçuların və federasiya rəsmilərinin adının mərc oyunları ilə hallanması və cinayət işlərinin aparılması məsələsi ölkə gündəmində geniş yer tutur.

Paylaş: