hebs 11 900x600 2

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar. Keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Qubada əməliyyat: Keçmiş məhkumlar saxlanıldılar - Foto/Video

Paylaş: