GPT-6 Astra süni intellekt sistemi Fransa İmperatoru Napoleon Bonapartın general Oqüst de Marmonta yazdığı məktubu deşifrə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşr yazır ki, süni intellekt sistemi 217 il sonra Napoleon Bonapartın ən yüksək rütbəli generallarından birinə yazdığı kodlaşdırılmış məktubu deşifrə edib. Məlumata görə, məktub 1809-cu ildə Napoleonun ögey oğlu Yucin tərəfindən Marmonta göndərildiyi zamandan sirr olaraq qalıb. Şifrələr heç vaxt anlaşılmayıb. Lakin sistem məktubun şifrələrini sadə mətn hazılan salıb.
Nəşrin məlumatına görə, məktubda Fransa ilə Habsburq İmperiyası arasında müharibə ərəfəsində Fransa və Avstriya qoşunlarının hərəkətləri haqqında məlumatlar qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az