images 2 2

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.media-nın sorğusuna cavab olaraq məlumat verilib:

“Bir çox müntəzəm marşrutların iş saatları sərnişin tələbatına uyğun olaraq dəyişidirilərək saat 00:00-dək uzadılması nəzərdə tutulub. Hazırda bununla bağlı müvafiq işlər aparılır”.

Açıqlamada qeyd edilib ki, paytaxtın müntəzəm marşrutları mərhələli qaydada “brutto müqavilə” sisteminə keçirilir. Bu sistemə keçən avtobuslar artıq gecə 00:00-dək xidmət göstərir.

Paylaş: