Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sentyabrın 25-də imzaladığı sərəncamla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini Allahverən İbiş oğlu İsmayılova general-leytenant ali hərbi rütbəsi verilib.
Globalinfo.az ölkə.az-a istinadən xəbər verir ki, o, Milli Məclisin deputatı İmamverdi İsmayılovun qardaşıdır.
A.İsmayılov Zəngilan rayonunun Vənədli kəndində anadan olub.
O, uzun illərdir xüsusi rabitə və informasiya təhlükəsizliyi sahəsində işləyir.