esas 2

Xəbər verdiyimiz kimi, Bakıda mağazalardan birində “Ayfon 18” satışa çıxarılıb.  Gecə saat 00:00 olmasına baxmayaraq, yeni “Ayfon”-u ilk alanlardan olmaq istəyən müştərilər mağazanın qarşısında uzun növbə yaradıb. Görüntülərdə onlarla insanın telefon üçün növbə gözlədiyi əks olunub.

Bəs bu “Ayfon” fanatlığı nədən qaynaqlanır? Dünyada, eləcə də Azərbaycanda müşahidə olunan tendensiyanın səbəbi nədir? Maraqlıdır ki, aşağı gəlirli insanlar belə borc və kredit hesabına bu telefonun yeni modelini əldə etməyə çalışırlar. İnsanları buna vadar edən amillər hansılardır?

Globalinfo.az-a danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, insanlar kütlə şüurunun təsiri ilə sosial yarışa qoşulublar:

“Hətta ailə büdcəsi imkan vermədiyi halda brend telefon markasına sahib olmaq istəyirlər. Bu, insanların daha çox sosial auditoriyaya hesablanmış, nümayiş və özünü təsdiq xarakterli davranışıdır. Daha çox natamamlıq kompleksi yaşayan insanların irrasional davranışını göstərir. Rasional düşüncə və seçim deyil, praqmatik addım deyil. Sadəcə olaraq emosional seçimdir. İnsanların narsist yanaşması, eqo nümayişidir. Özlərini aktuallaşdırmaq üçün yüksək brendə sahib olmaq istəyirlər”.

uzeyir sefiyev 1

Üzeyir Şəfiyev

Ekspert qeyd edib ki, digər tərəfdən, bu, bazarın marketinq hiyləsidir:

“Belə təqdimatlarla kütlə şüuruna təsir edən dizayn və funksionallıq təqdim edirlər ki, insanlarda maraq oyatsın. Ona görə də belə vəziyyətlər yaranır. İnsanlar kirayədə qalır, ehtiyac içindədirlər, amma cəmiyyətdə “üstünlük”, “avantaj” qazanmaq üçün həmin telefonlara sahib olmaq istəyirlər. Cəmiyyətdə də belə bir yanaşma var ki, kimdə yeni model smart qurğu varsa, ona daha üstün münasibət göstərirlər”.

View this post on Instagram

 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: