“Avropa İttifaqının (Aİ) Ermənistana dəstəklə bağlı bir sıra vədləri daha çox deklarativ xarakter daşıyır”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov deyib.
Diplomatın sözlərinə görə, Aİ-nin daxili bazarı yüksək rəqabət və ciddi tənzimləmələrlə xarakterizə olunur:
“Bu səbəbdən Ermənistan məhsullarının Avropa bazarında avtomatik olaraq geniş qəbul ediləcəyini gözləmək düzgün olmaz”.
Maslennikov həmçinin Aİ-yə üzvlük perspektivinə toxunaraq qeyd edib ki, təşkilata namizədölkələrin birliyə qəbul üçün uzun illər gözləməsi mümkündür.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin də Avropa İttifaqının Ermənistana verdiyi vədləri “efemer” adlandırmışdı.
O, fikrini Avropa Komissiyasının Ermənistan vətəndaşları üçün 2029-cu ilədək vizasız rejimin tətbiqi ilə bağlı konkret müddəti təsdiqləməməsi ilə əsaslandırmışdı.
Safura Bənnayeva
Globalinfo.az