rus ukrayna ordu 11 900x600 1

“The American Conservative” jurnalının köşə yazarı Ted Snayder münaqişə başa çatdıqdan sonra Qərbin Ukraynaya münasibətinin dəyişə biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, Snayderin fikrincə, hazırda Ukraynaya göstərilən siyasi və iqtisadi diqqət münaqişənin başa çatmasından sonra azala bilər.

O hesab edir ki, belə bir vəziyyətdə Kiyev ölkənin iqtisadi və siyasi sabitliyini qorumaq üçün Rusiya ilə münasibətləri normallaşdırmağa məcbur qala bilər.

Köşə yazarı qeyd edib ki, Ukraynanın Avropa İttifaqına sürətli şəkildə qoşulacağı ilə bağlı gözləntiləri artıq reallaşmayıb. Onun sözlərinə görə, NATO-ya üzvlük məsələsində verilən vədlərin həyata keçirilməməsi də Kiyev üçün əlavə çətinlik yarada bilər.

Snayderin iddiasına əsasən, münaqişənin həllindən sonra Ukrayna iqtisadiyyatın bərpasının maliyyələşdirilməsi və siyasi inteqrasiya məsələlərində Qərbin əvvəlki səviyyədə dəstəyini almaya bilər. Bu halda Kiyevin Rusiya ilə yaxınlaşmaq istiqamətində seçim etməsi ehtimalını istisna etmək olmaz.

Ekspert həmçinin RusiyaUkrayna arasında tarixi, mədəni və dini əlaqələrin mövcud olduğunu vurğulayıb. Onun fikrincə, bu amillər gələcəkdə iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə təsir göstərə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: