2024 05 24 10 36 19MfiO5MSsOwanVERcMLYw file

Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir ailənin dörd üzvü xəsarət alıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə axşam saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində qeydə alınıb. “Toyota” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan bir ailənin dörd üzvü xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: