fexri xiyaban 1132

18 sentyabr Milli Musiqi Günüdür. Bu əlamətdar tarix dahi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.

Globalinfo.az xəbər verir ki, bunu yazıçı-dramatuq Firuz Mustafa yazıb.

O bildirib ki, Üzeyir Hacıbəyovun məzarı ilk olması ilə fərqlənir:

“Fəxri Xiyaban 1948-ci ildə yaradılıb və orada dəfn olunan ilk şəxs musiqimizin peyğəmbəri Üzeyir Hacıbəyov olub”.

Qeyd edək ki, Milli Musiqi Gününün əsası 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 

Fayl:Üzeyir Hacıbəyovun Fəxri xiyabanda məzarı.jpg

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: