6aac2c381b1c46aac2c381b1c517896684086aac2c381b1c26aac2c381b1c3

Sentyabrın 18-də Bakının Xətai, Xəzər və Yasamal rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

“Azərişıq” ASC-dən Globalinfo.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə elektrik şəbəkələrində təmir və yenidənqurma işləri aparılacaq.

Xətai rayonunda saat 10:00-dan 14:00-dək Məhəmməd Hadi və Sarayevo küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Xəzər rayonunda saat 10:00-dan 14:00-dək Mərdəkan qəsəbəsində Almaz İldırım, Hacı Məmmədov, Məmməd Səid Ordubadi və Mirzə Ələkbər Sabir küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Yasamal rayonunda isə saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Mirmövsüm Nəvvab, Nəriman Nərimanov və Zahid Xəlilov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

“Azərişıq” qeyd edib ki, işlər başa çatdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.

Paylaş: