95fbd5d9 49f9 3a54 a33f 59205e747164 1200 1

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Globalinfo.az xəbər verir ki, buna səbəb 110 kV-luq “Cəlilabad” hava xəttində aparılacaq təmir işləridir.

Nəticədə 17 sentyabr saat 10:00-dan 13:00-dək Biləsuvarın Amankənd, Arazbarı, Cəlilabadın Alar, Günəşli və Sabirabad kəndlərinin bir sıra yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Paylaş: