61375302 uefa scaled

UEFA Belarusun gənclər komandalarının Rusiya Gənclər Futbol Liqasında (YFL) iştirakına icazə verib.

Globalinfo.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, Belarus təmsilçiləri növbəti mövsümdən etibarən Rusiyada keçirilən gənclər yarışında mübarizə apara biləcəklər.

Rusiya Gənclər Futbol Liqası aparıcı futbol akademiyaları və idman məktəblərinin 16-19 yaş aralığındakı oyunçularının iştirak etdiyi turnirdir. Yarış 2019-cu ildə gənc futbolçuların inkişafı və onların peşəkar futbola keçidinə dəstək məqsədilə yaradılıb.

Qeyd edək ki, UEFA prezidenti Aleksander Çeferin avqustun 27-də Rusiya komandalarının Avropa futbol yarışlarına yalnız Ukraynadakı münaqişə başa çatdıqdan sonra qayıda biləcəyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: