Rusiya Ukrayna ilə mümkün danışıqlar zamanı hərbi əməliyyatları dayandırmaq niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz danışıqlara hazırıq, lakin bu müddətdə xüsusi hərbi əməliyyatı dayandırmayacağıq”, – deyə Lavrov bildirib.
Lavrov həmçinin Volodimir Zelenskinin Moskvaya gəlməsinə edilən dəvəti Rusiyanın böyük xoşməramlı addımı kimi qiymətləndirib.
Qeyd edək ki, Zelenski daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə 2026-cı ilin dekabrında keçiriləcək “Böyük iyirmilik” (G20) sammiti çərçivəsində üz-üzə görüşməyi təklif edib.
Lakin Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Rusiya liderinin G20 sammitində iştirak etmək üçün Mayamiyə səfəri məsələsi hələ müzakirə olunmayıb.
Əliyar Xəlil