putin 3

Rusiya prezidenti Vladimir Putin Avropa ölkələrində Rusiyaya qarşı münasibətin dəyişdiyini və bəzi dövlətlərin Moskva ilə mümkün qarşıdurmaya hazırlaşdığını bildirib.

Globalinfo.az xəbər verir ki, Putinin sözlərinə görə, Avropa xalqları öz liderlərinin ölkələrini Rusiya ilə müharibəyə sövq etdiyini anlayırlar. O, bu vəziyyətin Almaniya üçün də xarakterik olduğunu qeyd edib.

Rusiya lideri Almaniyada Almaniya üçün Alternativ (AfD) partiyasının seçkilərdə əldə etdiyi nəticələri də bununla əlaqələndirib.

Putin həmçinin bildirib ki, Almaniya hazırda Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşır. O, Avropadakı siyasi proseslərin və anti-Rusiya ritorikasının qitədə təhlükəsizlik vəziyyətini daha da gərginləşdirdiyini vurğulayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: