lukasenko 1

Belarus Prezidenti Aleksandr Lukaşenkonun müharibə narahatlığı ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pervoqo” Telegram kanalı məlumat yayıb.

“Lukaşenko ölkənin müdafiə naziri Viktor Xrenindən “əgər müharibə olsa?” deyə soruşub və “hazırıq, yerləşdirilə bilərik” cavabını alıb.

Nazir Lukaşenkoya idarəetmə sistemindəki dəyişikliklər barədə məruzə edib.

Belarus lideri “qoşunların yerləşdirilməsi” ilə bağlı cavabı ölkədə keçirilən hərbi təlimlər kontekstində alıb.

Daha əvvəl Aleksandr Lukaşenko Belarusun qonşularına, heç kimə və heç vaxt hücum etmək niyyətində olmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: