Kiyevdə uzunmüddət davam edən güclü hava hücumu sirenası şəhərin ictimai nəqliyyat sistemində ciddi problemlərə səbəb olub.
Globalino.az xəbər verir ki, Ukraynanın “Insider” nəşrinin məlumatına görə, nəqliyyatın fəaliyyətində yaranan problemlər təxminən 6 saatdır davam edir.
Fasiləsiz işləyən həyəcan siqnalı səbəbindən avtobus və trolleybusların hərəkətində ciddi gecikmələr müşahidə olunur, bəzi marşrutlar isə ümumiyyətlə fəaliyyət göstərmir.
Sakinlər ictimai nəqliyyatın saatlarla gecikməsindən şikayətlənirlər. Avtobus dayanacaqlarında uzun növbələrin yarandığı, insanların nəqliyyat gözləmək məcburiyyətində qaldığı bildirilir.
Xüsusilə Dnepr çayını sol sahildən sağ sahilə keçən marşrutlarda vəziyyətin daha kəskin olduğu qeyd olunur.
Nəşr şahidlərin sözlərinə istinadən yazır ki, ictimai nəqliyyat fasilələrlə işləyir və insanlar saatlarla avtobus gözləyirlər. Dayanacaqlarda yaranan uzun növbələrin fotoları sosial şəbəkələrdə də yayılıb.
Tahir Turan