pentaqon

NATO Ukraynada münaqişənin uzunmüddətli xarakter almasına və Kiyevə hərbi dəstəyin yaxın illərdə davam etdirilməsinə hazır olmalıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi xəbərdarlıq edib.

ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb təmas qrupunun növbəti iclasında videobağlantı ilə nitq söyləyib.

Kolbi bildirib ki, müharibənin nə vaxt başa çatacağını proqnozlaşdırmaq mümkün deyil:

“ABŞ Müdafiə Nazirliyinin mövqeyinə görə, bu faciəli müharibənin nə vaxt başa çatacağı bəlli deyil. Uzunmüddətli münaqişəyə, eləcə də Ukraynanın ehtiyaclarının qarşıdakı aylar və illərdə də davam edəcəyinə hazır olmalıyıq. Bundan əlavə, digər mümkün fövqəladə vəziyyətlərə də hazırlıqlı olmaq vacibdir”.

O, Rusiya-Ukrayna müharibəsinin nizamlanması perspektivlərinə ayıq və realist şəkildə yanaşmağa çağırıb.

Kolbi ABŞ Prezidenti Donald Trampın daha əvvəl səsləndirdiyi fikirlərə istinad edərək bildirib ki, Vaşinqtonun əsas məqsədi davamlı sülhə nail olmaqdır.

“Biz bu istiqamətdə bütün səyləri dəstəkləyirik”, – deyə o vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: