images 62

“Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya siyasəti ölkə üçün müəyyən risklər yaradır”. 

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı deputat Leonid Slutski deyib.

Slutski İrəvanın Aİ-yə yaxınlaşma kursunun Avropa tərəfindən hüquqi baxımdan təmin edilmiş qarşılıqlı dəstəklə müşayiət olunmadığını iddia edib:

“Ermənistanın qarşısında iki fərqli seçim dayanır: Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində mövcud iqtisadi və ticarət imkanlarını qorumaq və ya Avropa inteqrasiyası istiqamətində uzun və qeyri-müəyyən yol seçmək”.

Rusiyalı deputat Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətini Ukraynanın təcrübəsi ilə müqayisə edərək İrəvanın “Ukrayna dırmığına” qədəm qoyduğunu deyib.

Slutski hesab edir ki, Ermənistan hakimiyyətinin Avropaya inteqrasiya cəhdləri Moskva ilə uzun illər formalaşmış əməkdaşlığın yenidən nəzərdən keçirilməsi riskini artırıb. O, eyni zamanda bu siyasətin Ermənistan iqtisadiyyatına mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: