WhatsApp Image 2026 09 08 at 10.03.12

Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə bəzi qatarların hərəkətində gecikmə qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Məlumata görə, buna səbəb “Zabrat-2” stansiyası sahəsində güclü külək nəticəsində avtomobil körpüsünün məhəccərlərinin qoparaq relslərin üzərinə düşməsi olub.

ADY əməkdaşları ərazidəki maneələri aradan qaldırıb, qatarların hərəkəti təmin edilib.

Paylaş: