Gargash2 1024x576 1

“Yaxın Şərqdəki münaqişə bitdikdən sonra gec-tez İranla münasibətləri bərpa etməli olacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Əbu-Dabidə keçirilən Yaxın Şərq Geosiyasəti, İqtisadiyyatı və Təhlükəsizlik üzrə Beynəlxalq Forumdakı çıxışında deyib.

O bildirib ki, İranla münasibətlər təkcə BƏƏ üçün deyil, həm də bütün Körfəz ölkələri üçün mərkəzi məsələ olaraq qalır:

İran bizim qonşumuz olaraq qalır və bir məqamda münasibətləri bərpa etmək üçün bir yol tapmalı olacağıq. Coğrafiya bizə alternativ qoymur”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: