ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında mina təhlükəsini aradan qaldırmaq məqsədilə aylarla gizli əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Bildirilib ki, Vaşinqton gəmiçilik üçün mühüm əhəmiyyət daşıyan bu marşrutun təhlükəsizliyini təmin etmək üçün xüsusi təyinatlı dalğıclardan, robotlaşdırılmış qayıqlardan və sualtı aparatlarından istifadə edib.
Məlumata görə, əməliyyat əsasən gecə saatlarında həyata keçirilib. Kiçik istehkamçı qrupları rezin qayıqlardan istifadə etməklə mümkün minaları aşkarlayıb, daha sonra onların üzərinə partlayıcı qurğular yerləşdirərək zərərsizləşdiriblər.
Safura Bənnayeva
Globalinfo.az