images 61

İsrail ordusu Qəzza zolağının mərkəzində yerləşən Deyr əl-Bəlah şəhərinin cənub-şərqində genişmiqyaslı partlayış əməliyyatı həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Bildirilib ki, partlayışlar İsrail ordusunun nəzarətində olan ərazilərdə baş verib.

Hadisənin təfərrüatları və partlayışlar nəticəsində ölən və ya yaralananların olub-olmaması barədə hələlik məlumat verilməyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: