sukufe 1

Xalq artisti Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Piyada keçidindən keçən zaman avtomobil tərəfindən vurulan sənətçi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müayinələr zamanı ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra, avqustun 24-də ailə üzvlərinin müraciəti əsasında Yeni Klinikaya təxliyə olunub.

Globalinfo.az bildirir ki, Modern.az Xalq artistinin son vəziyyəti ilə maraqlanıb.

Yeni Klinikadan saytımıza bildirilib ki, aktrisanın müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Paylaş: