ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum etmək niyyətində olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə, Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin NATO ərazisinə hücum etmək niyyətində deyil.
Jurnalistlərdən biri ABŞ liderinə Almaniyanın “Leypsiq/Halle” hava limanında partlayıcı ilə təchiz edilmiş dronun aşkarlanmasını xatırladaraq Rusiyadan mümkün təhlükə barədə sual verib.
Tramp belə bir ssenarini inamla istisna edərək, Moskvanın alyansa qarşı təcavüz planlarının olmadığını vurğulayıb:
“Mən onunla (Rusiya Prezidenti Vladimir Putinlə) danışıram, onu çox yaxşı tanıyıram. Putinin NATO ərazisinə hücum etmək niyyəti yoxdur”, – deyə ABŞ prezidenti bildirib.
Tahir Turan
Globalinfo.az