“Rusiya–Ukrayna müharibəsinin ilk dövründə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə bunkerdə yaşadım”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
Nazirin sözlərinə görə, o, müharibənin ilk saatlarından etibarən Zelenskinin yanında olub və təxminən 1 il yarım bunker şəraitində yaşayıb:
“Bunker yerin ən azı 100 metr dərinliyində yerləşirdi”.
XİN rəhbəri müsahibə zamanı Rusiya və Ukrayna prezidentlərinin Qazaxıstanda görüşməsi ehtimalına da toxunub:
“Belə bir görüşün Qazaxıstanda keçirilməsi variantı Ukraynada müzakirə olunub. Kiyev Astananın sülh prosesində vasitəçi kimi iştirakını dəstəkləyir”.
Safura Bənnayeva
Globalinfo.az