Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “ŞƏT plyus” formatında görüş keçirilir.
Globalinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev görüşdə iştirak etmək üçün Bişkekdəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını salamlayıb.
Sonra “ŞƏT plyus” formatında keçirilən görüşün iştirakçıları birgə foto çəkdiriblər.
***10:45
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Irıs Ordo” Konqres Mərkəzinə gəlib.
Globalinfo.az xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov dövlətimizin başçısını qarşılayıb.
***09:47
Prezident İlham Əliyevin Qırğızıstanın Bişkek şəhərində “ŞƏT plyus” formatında görüşdə çıxışı gözlənilir.
Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev ŞƏT tədbirlərində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfər edib.
