Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında üçtərəfli sammitin keçirilməsi ilə bağlı şərti açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə mk.ru nəşri məlumat yayıb. Peskovun sözlərinə görə, belə bir görüş yalnız Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların artıq əldə olunması və onların rəsmiləşdirilməsi mərhələsində mümkündür.
O bildirib ki, danışıqların bütün detalları liderlərin sammitində deyil, əvvəlcədən razılaşdırılmalıdır.
Kremlin nümayəndəsi eyni zamanda Kiyevin hazırda real razılaşma əldə etməyə maraq göstərmədiyini iddia edib.
Putin isə daha əvvəl Zelenski ilə görüşdən imtina etmədiyini bildirmişdi. Rusiya lideri qeyd edib ki, belə görüş üçün təşəbbüs irəli sürülərsə, tərəflərin Moskvada görüşməsi mümkündür.
Tahir Turan