Baş prokuror “Tərtər işi”ndən danışdı

“Tərtər işi” ilə bağlı istintaq davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın İstanbul müxbirinin sualına cavab olaraq Azərbaycanın Baş prokuroru Kamram Əliyev bildirib.

“Bildiyiniz kimi, artıq Baş prokurorluğun apardığı yeni istintaq nəticəsində, protest əsasında əvvəlki hökmlər ləğv edilib və işlə bağlı cəza alanlar bəraət qazanıb. Ümid edirəm ki, istintaqın gedişatı nəticəsində bütün hüquqi məsələlərə tam aydınlıq gətiriləcək”, – deyə o vurğulayıb .