Stepan Danielyan 6

Erməni politoloq Stepan Danielyan Ermənistanın sabiq prezidenti Robert Köçəryanın və Azərbaycan torpaqlarında terror törətmiş erməni əsilli şəxslərin həbsləri ilə bağlı fikirlər səsləndirib.

Globalinfo.az xəbər verir ki, Danielyan bu addımların arxasında mürəkkəb səbəblər axtarmağa ehtiyac olmadığını bildirib.

Onun fikrincə, bütün bunlar, həmçinin Köçəryanın həbsi rəsmi Bakının direktifləri əsasında gerçəkləşir:

“Bakının mövqeyinə əsasən, Ermənistan müharibədə kapitulyasiyaya uğrayıb və regionda sülhün məhz Azərbaycanın irəli sürdüyü şərtlər əsasında formalaşdırılması nəzərdə tutulur. Növbəti mərhələdə Qarabağ müharibəsinə rəhbərlik etmiş şəxslərin məsuliyyətə cəlb edilməsi və bütövlükdə bu hərəkata münasibətin dəyişdirilməsi gündəmə gətirilir”.

Politoloq Ermənistan hakimiyyətinin müharibə riskləri ilə bağlı açıqlamalarına da toxunub:

Paşinyan deyir ki, biz daim müharibənin astanasındayıq və buna görə də Tiqranaşenə Kərki deyirik. Baş nazirin sözlərinə görə, bununla müharibə ehtimalını aradan qaldırır, daha sadə desək, Azərbaycanı qəzəbləndirmir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: