merz 321 1737473484 1745410642 900x506 1

Almaniya kansleri Fridrix Merz ölkəni düzgün inkişaf yoluna qaytarmağı və alman gəncləri üçün gələcəyə dair real perspektivlər yaratmağı qarşısına məqsəd qoyduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Berlində keçirilən Almaniya İşəgötürənlər Gününün açılışında çıxışı zamanı deyib.

“Mən xalqın sevimlisinə çevrilməyə çalışmıram”, – deyə Merz vurğulayıb.

Kansler Almaniyanın rəqabət qabiliyyətini artırmaq naminə ictimaiyyətlə qarşıdurmaya getməyə və populyar olmayan islahatlar həyata keçirməyə hazır olduğunu da bildirib.

Onun sözlərinə görə, bu qarşıdurma artıq başlayıb.

Xatırladaq ki, bundan əvvəl Berlində minlərlə insan Merzin istefası və Rusiya ilə sülh tələbi ilə nümayişə çıxıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: