Suriyanın xarici işlər naziri Əsəd əl-Şibani Dəməşqin İranla münasibətlərin yenidən qurulmasına prinsip etibarilə açıq olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə nazir özü açıqlama verib.
Onun sözlərinə görə, bunun üçün Tehran Bəşər Əsəd rejiminə verdiyi dəstəyi və son 14 il ərzində Suriyadakı rolunu etiraf etməli, yaranmış problemlərin həlli istiqamətində real addımlar atmalıdır.
Əl-Şibani diplomatiyanın sərhədlərinin olmadığını vurğulayıb. O qeyd edib ki, münasibətlərin normallaşması üçün İranın Suriyadakı fəaliyyətinə dair məsələlərə konkret və qəbul edilə bilən həll yolu tapılmalıdır.
Tahir Turan
Globalinfo.az