yf 1

Qubada bağ sahəsində yanğın söndürülüb.

Globalinfo.az xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.

***14:53

Quba rayonunun Çinarlı kəndində bağ sahəsində yanğın baş verib.

Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə ilə bağlı saat 13:00 radələrində Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsindən Şimal Regional Mərkəzinin Operativ Məlumat Şöbəsinə məlumat daxil olub.

    Yanğının söndürülməsi üçün Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə avtomobili və 14 nəfər şəxsi heyəti əraziyə cəlb olunub.

    Yanğının təfərrüatları barədə əlavə məlumat veriləcək.

    yf 2

    Paylaş: