Ermənistanda xarici siyasət qurumunun fəaliyyət istiqamətində dəyişiklik nəzərdə tutulur.
Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi bundan sonra Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılacaq:
“Yeni adlandırma bir sıra inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır. Belə ölkələrdə xarici siyasət qurumlarının adında iqtisadi və beynəlxalq ticarət əlaqələrinin inkişafı da öz əksini tapır. “Üçüncü Respublika”nın mövcud olduğu illərdə XİN-in fəaliyyətinin əsas hissəsi münaqişə və onun yaratdığı siyasi gündəmlə bağlı olub”.
Safura Bənnayeva
Globalinfo.az