Dünən saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi “İVECO”‘ markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi “Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.
Bu barədə Globalinfo.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
Məlumata görə, Saray qəsəbəsində ağır qəza baş verib.
Məlumata görə, hadisə zamanı 5 yaşlı Zəminə Hüseynli, 16 yaşlı Məryəm Allahverdiyeva və 49 yaşlı Afət adlı şəxs dünyalarını dəyişiblər.
Eyni zamanda 4 yaşlı Mehdi Hüseynli, 7 yaşlı Hüseyn Hüseynli, 39 yaşlı Nərminə Hüseynova və 34 yaşlı Nurəngiz Hüseynli xəstəxanaya yerləşdiriliblər.
