İndoneziya sahillərində 5,5 maqnitudalı zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, Ruteng şəhərindən təxminən 74 kilometr şimalda yerləşib.
Bu, son günlər İndoneziyada qeydə alınan güclü seysmik aktivliyin davamıdır.
Bundan əvvəl bölgədə 7,7 maqnitudalı güclü zəlzələ baş verib. Fəlakət nəticəsində ölənlərin sayı son məlumatlara görə 53 nəfərə çatıb, 130-dan çox insan yaralanıb və minlərlə sakin təxliyə edilib.
Əliyar Xəlil
Globalinfo.az