İran ordusunun Baş Qərargah rəisi Əmir Hatəmi ABŞ ordusunun əsir götürülən və ya öldürülən hər bir hərbçisinə görə iranlılara mükafat vəd edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Hatəminin sözlərinə görə, ABŞ hərbçisinin əsir götürülməsi və ya öldürülməsi müqabilində istənilən iranlı 30 min dollar mükafat ala bilər.
O bildirib ki, mükafat üçün vəsait İran xalqı tərəfindən təmin olunacaq.
Qeyd edək ki, bundan əvvəl də İranda ABŞ Prezidenti Donald Trampın öldürülməsinə görə də mükafat təklifləri səsləndirilib. Mayın 15-də yüksək vəzifəli deputat İbrahim Əzizi parlamentə təqdim olunan qanun layihəsində Trampın öldürülməsinə görə 50 milyon avro mükafat nəzərdə tutulduğunu açıqlamışdı. Layihədə İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper də hədəf kimi göstərilib.
Əliyar Xəlil
Globalinfo.az