bagdad

İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ölkədəki hərbi missiyasına son qoyulması ilə bağlı yekun razılaşmanın əldə edildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Belə ki, baş nazirin ofisindən verilən məlumata görə, əl-Sudani Bağdadda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuperlə görüşüb.

Görüş zamanı koalisiyanın İraqdakı hərbi missiyasının başa çatdırılması ilə bağlı əldə olunan razılaşma bir daha təsdiqlənib. Əl-Sudani bildirib ki, koalisiya qüvvələrinin İraqdakı hərbi missiyasını başa çatdırması üçün son tarix 30 sentyabr müəyyən edilib.

İraq Baş naziri qeyd edib ki, 1 oktyabrdan etibarən ölkə üçün yeni dövr başlayacaq.  Onun sözlərinə görə, həmin tarixdən sonra İraq xarici hərbi mövcudluqdan daha az asılı olacaq və öz ərazisi üzərində milli suverenliyini tam şəkildə həyata keçirəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: