abs ukrayna 900x600 1

“ABŞ Ukraynadakı münaqişənin nizamlanması üçün Rusiya ilə Avropada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması məsələsində dialoqa başlamalıdır”.

Globalinfo.az xəbər verir ki bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Rusiya üzrə keçmiş analitiki Corc Bib deyib.

“Rusiyanın Qərblə əməkdaşlıq etməsi üçün hansı stimul var? Hesab edirəm ki, dialoqun açarı Avropanın təhlükəsizlik arxitekturasını müzakirə etməyə hazır olmaqdır”, – deyə ekspert bildirib.

Onun fikrincə, ABŞ Rusiya ilə razılığa gəlmək istəyirsə, vəziyyətə daha geniş prizmadan baxmalı və Moskva üçün Ukraynadakı münaqişənin genişmiqyaslı geosiyasi qarşıdurma olduğunu qəbul etməlidir.

Bu baxımdan Bib, Vaşinqtonu ilk addımı atmağa və Rusiya ilə birgə müzakirələr təklif etməyə çağırıb.

Onun fikrincə, bu, Ukraynadakı münaqişənin diplomatik yolla nizamlanması üçün yeni istiqamətlərin müəyyənləşdirilməsinə kömək edə bilər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: