1786183426 1b28de69c49b0797a1c2c532c062a108

Cari il üçün təsdiq olunmuş fəaliyyət planına əsasən, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərin nəzdində fəaliyyət göstərən hərbi attaşeləri və hərbi nümayəndələrinin iştirakı ilə illik iclas keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, tədbirin açılışında Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Elçin Abdullayev çıxış edərək hərbi diplomatiyanın inkişafı, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və qarşıda duran mühüm vəzifələr barədə ətraflı məlumat verib.

İclasda hərbi attaşelərin və nümayəndələrin ötən dövr ərzində görülən işlər, aidiyyəti ölkələrlə ikitərəfli hərbi əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektiv fəaliyyət istiqamətləri üzrə hesabat məruzələri dinlənilib.

Görüşlərdə beynəlxalq hərbi əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub və hərbi diplomatların qarşısında duran əsas vəzifələrə dair müvafiq tapşırıqlar verilib.

Tədbir çərçivəsində Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən aktual mövzular barədə təqdimatlar təşkil olunub.

Sonra hərbi attaşelər və nümayəndələr Müdafiə Sənayesi Nazirliyinin “İqlim” Elmi-İstehsalat Müəssisəsini ziyarət edərək müəssisənin istehsal imkanları və yenilikləri ilə tanış olublar.

Yekunda iştirakçılar Zəfər parkını ziyarət edib, xatirə şəkli çəkdiriblər.

1786183509 aa7008cf0b84a9f01139459861f3bae4 1786183419 0529644b62292a943a47331cd4947175

Paylaş: