tramp hormuz

ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının yenidən beynəlxalq gəmiçiliyə tam açılması məqsədilə İranla razılığa gəlmək üçün müəyyən güzəştlərə getməsi lazım ola bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bildirilib ki, belə bir addım Tramp üçün ciddi siyasi sınaq hesab olunur:

ABŞ lideri kompromisləri adətən zəiflik əlaməti kimi qiymətləndirir. Bu səbəbdən İranla mümkün güzəştli razılaşma  Konqresə aralıq seçkiləri öncəsi siyasi onun nüfuzuna mənfi təsir göstərə bilər.

ABŞ Dövlət Departamentinin Corc Buş administrasiyası dövründə müşaviri olmuş Eliot Koen qeyd edib ki, Tramp dünyaya qaliblər və məğlublar prizmasından baxır. Onun sözlərinə görə, belə bir kompromis prezidentin özünü məğlub kimi göstərməsi anlamına gələ bilər ki, bu da Tramp üçün qəbuledilməzdir.

Danışıqların əsas mübahisə mövzusu Hörmüz boğazına nəzarət məsələsidir. Dünyada neft daşımalarının təxminən 20 faizi məhz bu strateji su yolundan həyata keçirilir. Vaşinqton İranın boğaz üzərində təsir imkanlarını artıracaq və ya gəmilərdən keçid haqqı almasına şərait yaradacaq hər hansı razılaşmaya qarşı çıxır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: