tusk 1 900x556 1

Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşanın ən yüksək dövlət mükafatı – Ağ Qartal Ordenindən məhrum edilməsi barədə qərar imzalanmalıdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Polşa Prezident Administrasiyasının rəhbəri Zbiqnev Boquçki Baş nazir Donald Tuska çağırış edib.

“Cənab Baş nazir, sizi cəsarət göstərərək öz vəzifənizi yerinə yetirməyə və Ukrayna Prezidentinin Ağ Qartal Ordenindən məhrum edilməsi barədə prezidentin qərarını nəhayət imzalamağa çağırıram”, – deyə Boquçki yazıb.

Xatırladaq ki, iyun ayında Polşa Prezidenti Karol Navroçki Zelenskini Ağ Qartal Ordenindən məhrum edib. Buna səbəb Ukrayna prezidentinin Ukrayna Silahlı Qüvvələrinin briqadalarından birinə UPA (Ukrayna Üsyançı Ordusu) xadimlərinin adını verməsi göstərilib. Bundan sonra Zelenski ordeni poçt vasitəsilə Navroçkiyə geri göndərib.

İyunun sonunda Polşa KİV-i Donald Tuskun hələ də bu qərarı imzalamadığını yazmışdı. Keçmiş xarici işlər naziri Yatsek Çaputoviç də izah etmişdi ki, ordenin geri alınması prosedurunun başa çatması üçün baş nazirin imzası tələb olunur. Buna görə də hüquqi baxımdan Zelenskinin ordeninin ləğvi prosesi hələ tamamlanmayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: