6a72da9b5a9576a72da9b5a95817859119636a72da9b5a9556a72da9b5a956

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur. Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.
İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.

General-polkovnik Zakir Həsənov ölkəmizin hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.

6a72db95f14616a72db95f146217859122136a72db95f145f6a72db95f1460 6a72db95e9cb26a72db95e9cb317859122136a72db95e9cb06a72db95e9cb1 6a72db95e213f6a72db95e214017859122136a72db95e213d6a72db95e213e 6a72db95da0dd6a72db95da0de17859122136a72db95da0db6a72db95da0dc 6a72db95d1a2e6a72db95d1a2f17859122136a72db95d1a2b6a72db95d1a2d 6a72db95ba0246a72db95ba02517859122136a72db95ba0226a72db95ba023 6a72db95c1b1b6a72db95c1b1c17859122136a72db95c1b196a72db95c1b1a

Paylaş: