ukrayna herb

Avropa İttifaqı hərbi xidmətə yararlı Ukrayna vətəndaşları ilə bağlı yeni qərar qəbul edilib.

Globalinfo.az xəbər verir ki, 5 avqustdan etibarən hərbi xidmət öhdəliyi olan ukraynalılar üçün müvəqqəti himayə mexanizmi tətbiq edilməyəcək.

Məlumata əsasən, bu barədə Çexiya Daxili İşlər Nazirliyi açıqlama yayıb. Bildirilir ki, Çexiyanın daxili işlər naziri Lubomir Metnar Avropa İttifaqı adından çıxış edərək hərbi xidmətə yararlı Ukrayna vətəndaşlarının Aİ ölkələrində yaşamaq hüququnun məhdudlaşdırılması ilə bağlı mövqeyi səsləndirib.

Mediada yayılan məlumatlara görə, Avropa ölkələrinin hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə bu təşəbbüs müzakirə olunub və iştirakçıların əksəriyyəti tərəfindən dəstəklənib.

Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin isə hesab edir ki, bu qərarın arxasında Kiyev və Berlin arasında aparılan danışıqlar dayanır. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya səfərləri zamanı dəfələrlə hərbi xidmətə yararlı ukraynalıların ölkəyə qayıtmasının təşviq edilməsini Almaniya rəhbərliyindən xahiş edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: