6a7171d6aca056a7171d6aca0617858196066a7171d6aca036a7171d6aca04

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TürkiyəAzərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüş TADİV-in Azərbaycanda təşkil etdiyi proqram çərçivəsində baş tutub.

Prezidentin köməkçisi media nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə çıxış edərək AzərbaycanTürkiyə münasibətlərinin strateji müttəfiqlik və qardaşlıq prinsipləri əsasında inkişaf etdiyini vurğulayıb. Təxminən üç saat davam edən görüşdə o, iştirakçıların çoxsaylı suallarını cavablandırıb, Prezident

İlham Əliyevin AzərbaycanTürkiyə qardaşlığına dair yanaşmasının iki ölkə arasında münasibətlərin əsasını təşkil etdiyini bildirib.

Paylaş: