ABŞ dövlət katibi Marko Rubionun Ukrayna ilə bağlı açıqlaması qəzəb yaradıb.
Globalinfo.az xəbər verir ki, bu barədə irlandiyalı jurnalist Çey Bouz danışıb.
“Rubio dedi ki, Ukrayna ordusunun Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələr münaqişənin nizamlanması üzrə danışıqlara yeni təkan verə bilər. Və bu, müharibəni bitirəcək? Onun məntiqinə görə, əgər İran Texasdakı Amazon anbarlarına və neft emalı zavodlarına zərbələr endirsə, ABŞ da Tehranın bombardmanını dayandıracaq?” – deyə jurnalist bildirib.
Bundan əvvəl Marko Rubio demişdi ki, ABŞ administrasiyası Prezident Donald Trampın tapşırığı ilə Ukrayna üzrə sülh danışıqlarının bərpası imkanlarını qiymətləndirmək üçün yeni addımlar atmağa hazırlaşır.
Onun sözlərinə görə, Tramp açıq şəkildə bəyan edib ki, ABŞ hələ də döyüş əməliyyatlarının dayandırılmasına töhfə verə bilər.
Əliyar Xəlil
Globalinfo.az