pexels pok rie 33563 127264 scaled

Dövlət Turizm Agentliyinin layihəsi çərçivəsində bu il ölkə ərazisində ümumi sahəsi 30 hektar olan 10 yeni ictimai çimərlik istifadəyə verilib.

Hər birinin sahəsi 3 hektar olan çimərliklərin dördü Novxanı və Coratda, üçü Şüvəlanda, ikisi Türkanda, biri isə Şıx ərazisində yerləşir.

Globalinfo.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.

Yeni yaradılan ictimai çimərliklərdə yaradılan şərait və təhlükəsizlik tədbirləri barədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Rufik İsmayılov məlumat verib.

O bildirib ki, əsas məqsəd vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

“Avtomobillərin sahil zolağına daxil olmasının qarşısını almaq üçün çimərliklərin yaxınlığında pulsuz avtodayanacaqlar təşkil olunub. Çimərliklərə giriş, avtodayanacaqlardan istifadə, daimi su ilə təmin olunan sanitar qovşaqları, soyunub-geyinmə otaqları, uşaq əyləncə meydançaları, futbol və voleybol sahələri tamamilə ödənişsizdir”, – deyə R.İsmayılov bildirib.

O əlavə edib ki, çətirlərin altında istirahət etmək və günəşlənmək üçün də vətəndaşlardan heç bir ödəniş alınmır. Ərazidə yalnız stol və stulların icarəsi ödənişlidir və bu xidmətdən istifadə könüllü xarakter daşıyır.

Paylaş: