Latviya Belarusla dövlət sərhədini müvəqqəti olaraq bağlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Yanis Dombrova X sosial şəbəkəsində məlumat verib.
Nazirin sözlərinə görə, sərhədin bağlanmasına texniki problemlər səbəb olub. O, hazırda ölkəyə qayıtmağa çalışan vətəndaşlara alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.
Məlumata görə, problem Paternieki sərhəd-keçid məntəqəsində informasiya sistemində yaranan nasazlıqla bağlıdır.
Nasazlıq səbəbindən sərhəd yoxlamalarının aparılması hazırda mümkün deyil.
Tahir Turan